Description
Uzun müddət İslam dinini araşdırdıqdan sonra yazılarımı bir araya toplamağa qərar verdim. Araşdırdığım zaman maraqlı situasiyalar ilə rastlaşdım. Məqsədim Quranı, İslamı sorğulamaq deyildi. Ənənəvi din anlayışı ilə Quranı müqayisə etmək idi. Çünki araşdırmağa başlayanda öz imanımda zərrə qədər də şübhəm yox idi. Ən birinci şübhəm İslam dinində olan parçalanma idi. Görəsən həqiqətənmi o məzhəblərdən biri haqq idi? Quranı bir neçə dəfə oxuduqdan sonra anladım ki, haqq məzhəb, haqq təriqət, haqq camaat deyilən birliklər hamısı uydurma imiş. Quran dini bölən bütün birlikləri lənətləyir. Bundan sonra uydurulmuş dində sabitləşmiş əsas məsələləri Quranla tutuşdurmağa başladım.
Məlum oldu ki, Quranda daşqalaq, məzhəbə bölünmə, kənar halal, haramlar, uşaq evliliyi, məsumluq, siğə, qadının aşağılanması və.s yox imiş. Bunların hamısı uydurma hədislər vasitəsi ilə İslama salınıb. Hədislərə haqq qazandırmaq üçün Quranı təhrif etməkdən belə çəkinməyiblər. Quranın mətninə müdaxilə edə bilmədikləri üçün hədis uyduraraq məqsədlərini həyata keçiriblər. Ən acınacaqlısı isə 1400 ildir ki, bunu ümmətə Əsl İslam kimi sırıyıblar. Ənənəvi din anlayışı insanların zehnində o qədər dərin yer edib ki, Qurandan ayə gətirəndə belə adama düşmən kimi baxırlar.
Bütün bunları nəzərə alaraq özüm müstəqil şəkildə Qurandakı ayələrlə mövcud İslami qaydaları qarşılaşdırmağa başladım. Nəticə çox pis idi. Bizləri demək olar ki, İslamdan uzaq salmışdılar. Allahın dinindən çıxarıb şeytanın dininə yönləndirmişdilər.
Ülvi Kazımlı –
Salam. Digər kitabımı da pulsuz yerləşdirmək istərdim. Bunu kim edibsə mənim xəbərim yoxdur.
dk admin –
Salam. Bu sayt mənimdir və kitabı mən yerləşdirmişəm bura. Ümumiyyətlə dini kitabları saytda çalışıram ki pulsuz olsun. Əgər kitabı bura yerləşdirilməyində hər hansı problem görürsünüzsə saytdan çıxara bilərəm. Mən özüm də sizin kitabı oxumuşam və maraqlı olduğu üçün də burda yerləşdirmişəm.
Əgər heç bir problem görmürsünüzsə o zaman dediyiniz digər kitabı da göndərə bilərsiniz və mən onu da burda yerləşdirərəm.
Bir daha üzürlü sayın.
Təşəkkürlər.