Description
Psixologiya kursu üzrə dərs vəsaiti orta ixtisas məktəbi tələbələrini elmin əsaslarına dair zəruri biliklərlə tanış etmək, müəllimin peşə hazırlığı keyfiyyətini formalaşdırmaq məqsədi daşıyır. Kurs psixologiya üzrə nəzəri və praktik məsələlərin üzvi vəhdətdə öyrənilməsini, tələbələrin pedaqoji gerçəkliyi elmi-psixoloji nəzəriyyə əsasında müşahidə və təhlil etməsini nəzərdə tutur. İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixologiya elmi ora nüfüz etməsin. Dünya standartlarına görə müasir mütəxəssislərin psixoloji hazırlığı diqqət mərkəzində dayanır. Azərbaycan müəllimlərinin uğurları fərəhlidir və onların böyük əksəriyyəti görkəmli müəllimlər sırasında layiqli yer tuturlar. Lakin müəllimlərimizin “psixoloji səriştəsizliy” ilə bağlı nöqsanlar da yox deyil. Məhz bu baxımdan dərs vəsaitində gələcək müəllimlərin psixoloji hazırlığı üçün zəruri məlumatlar psixologiya elminin müasir nailiyyətlərinə uyğun verilmişdir. Dərs vəsaitində “Psixologiya” proqramına (16.02.2012) müvafiq olaraq psixologiyanın predmeti və metodları, fəaliyyət və ünsiyyət, şəxsiyyət və qrupların psixologiyası, psixi proseslər və hallar, şəxsiyyətin fərdi psixi xassələri, yaş və pedaqoji psixologiyanın predmeti və vəzifələri, məktəbə daxil olanadək, kiçik məktəb yaşı, yeniyetməlik və ilk gənclik yaşı dövründə psixi inkişafın əsasları, tərbiyə, təlim, pedaqoji fəaliyyət və müəllim şəxsiyyəti psixologiyası, məktəbə psixoloji xidmətin əsasları psixologiya elminin müasir nailiyyətlərinə uyğun verilmişdir.
Reviews
There are no reviews yet.