Psixologiya (Dərs Vəsaiti)

$0.00

Dərs vəsaiti quruluş etibarilə dörd fəsildən ibarətdir.
Birinci fəsildə psixologiyanın predmeti və metodları, psixika və şüurun inkişafı, fəaliyyət və ünsiyyətin psixologiyası, şəxsiyyət, qruplar və şəxsiyyətlərarası münasibətlər, diqqət, duyğular, qavrayış, hafizə, təfəkkür, təxəyyül, hisslər və emosional hallar, iradə, temperament, xarakter və qabiliyyətlər haqqında zəruri məlumatlar, əsas anlayışlar şərh olunmuşdur.
İkinci fəsildə yaş və uşaq psixologiyasının ümumi məsələlərindən bəhs edilir. Burada yaş və uşaq psixologiyasının mövzusu, vəzifələri, metodları, uşaqlıq dövrünün mərhələləri müxtəlif tədqiqatçılar tərəfindən onun təsnifatı, bu mərhələlər üzrə psixikanın inkişaf xüsüsiyyətləri əhatə olunur. Çağalıq, körpəlik və məktəbəqədər, yeniyetməlik, gənclik yaş dövrlərinin ümumi səciyyəsi verilir, psixi inkişafın, şəxsiyyətin, fəaliyyət və davranışın xüsusiyyətləri göstərilir. Uşaqların məktəbə hazırlığı probleminə həsr edilib. Məktəbə hazırlıq ərəfəsində uşaqların psixofizioloji imkanları, “məktəbli mövqeyi”nin, təlim motivlərinin yaranması, inkişafetdirici və şəxsiyyətyönümlü təhsilə hazırlıq uşağın təlim şəraitinə adaptasiyası, təlimə hazırlıq işində sistemliyin və varisliyin gözlənilməsi məsələləri izah edilir.
Üçüncü fəsildə tərbiyə psixologiyası, təlim psixologiyası, pedaqoji fəaliyyət və müəllim şəxsiyyətinin psixologiyası, şagirdlərin əxlaq tərbiyəsinin psixoloji əsasları, “çətin” tərbiyə olunan uşaqların psixoloji xüsusiyyətləri, öyrənmə və mənimsəmənin psixoloji məsələləri, məktəbə psixoloji xidmətin əsasları ilə əlaqədar zəruri məlumatlar və nəzəri məsələlər daxil edilmişdir. Tələbələrin mənimsəməsini yoxlamaq məqsədilə hər mövzunun sonunda testlər, mövzularla bağlı sxemlər, bütöv psixologiya kursunu əhatə edən 100 sualdan ibarət ayrıca test, həmçinin dördüncü fəsildə müxtəlif psixi proseslərin yoxlanılmasına dair psixotestlər və psixoloji məsləhətlər öz əksini tapmışdır.
Oxucuların tənqidi qeydləri, iradları və təklifləri kitabı daha da təkmilləşdirmək üçün qiymətli qaynaq olacaqdır və faydalı təklifləri ilə kömək edəcək oxuculara öncədən öz minnətdarlığımı bildirirəm.

Add to Wishlist
Add to Wishlist
Compare

Description

Psixologiya kursu üzrə dərs vəsaiti orta ixtisas məktəbi tələbələrini elmin əsaslarına dair zəruri biliklərlə tanış etmək, müəllimin peşə hazırlığı keyfiyyətini formalaşdırmaq məqsədi daşıyır. Kurs psixologiya üzrə nəzəri və praktik məsələlərin üzvi vəhdətdə öyrənilməsini, tələbələrin pedaqoji gerçəkliyi elmi-psixoloji nəzəriyyə əsasında müşahidə və təhlil etməsini nəzərdə tutur. İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixologiya elmi ora nüfüz etməsin. Dünya standartlarına görə müasir mütəxəssislərin psixoloji hazırlığı diqqət mərkəzində dayanır. Azərbaycan müəllimlərinin uğurları fərəhlidir və onların böyük əksəriyyəti görkəmli müəllimlər sırasında layiqli yer tuturlar. Lakin müəllimlərimizin “psixoloji səriştəsizliy” ilə bağlı nöqsanlar da yox deyil. Məhz bu baxımdan dərs vəsaitində gələcək müəllimlərin psixoloji hazırlığı üçün zəruri məlumatlar psixologiya elminin müasir nailiyyətlərinə uyğun verilmişdir. Dərs vəsaitində “Psixologiya” proqramına (16.02.2012) müvafiq olaraq psixologiyanın predmeti və metodları, fəaliyyət və ünsiyyət, şəxsiyyət və qrupların psixologiyası, psixi proseslər və hallar, şəxsiyyətin fərdi psixi xassələri, yaş və pedaqoji psixologiyanın predmeti və vəzifələri, məktəbə daxil olanadək, kiçik məktəb yaşı, yeniyetməlik və ilk gənclik yaşı dövründə psixi inkişafın əsasları, tərbiyə, təlim, pedaqoji fəaliyyət və müəllim şəxsiyyəti psixologiyası, məktəbə psixoloji xidmətin əsasları psixologiya elminin müasir nailiyyətlərinə uyğun verilmişdir.

Additional information

Author

Simuzər Mürvət qızı Qafarova

File Type

PDF

Language

Azərbaycanca

Pages

307

Publication Year

2013

Reviews

There are no reviews yet.

Be the first to review “Psixologiya (Dərs Vəsaiti)”

Your email address will not be published. Required fields are marked *

Quick Navigation
×
×

Cart