Description
Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi dünya ədəbiyyatının nadir ədəbi simalarından biridir. Onun poeziyasında hər bir mövzu və hadisə mütəfəkkir şair qəlbindən keçərək, dərin ictimai və fəlsəfi məzmun almışdır. “Sirlər xəzinəsi”, “Xosrov və Şirin” poemalarından sonra “Leyli və Məcnun” mövzusunda əsər yazan şair bu mövzudan istifadə edərək, insan və zaman, təbiət və cəmiyyət hadisələri ətrafında rəngarəng düşüncələrini əks etdirmişdir. Belə bir mövzuda əsər yazmağı ondan Şirvan şahı Axsitan xahiş etmişsə də, Nizami heç də ancaq dövrün şahlarını təmin edəcək əsər yaratmamış, daha çox öz narahat düşüncələrini qələmə almışdır.
Reviews
There are no reviews yet.